
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, MSK sədri bunu jurnalistlərə açıqlaması zamanı edib.
O müraciətində bildirib ki, bütün Azərbaycan vətəndaşları seçkidə aktiv iştirak etsinlər.
Məzahir Pənahov qeyd edib ki, hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir:
“Bizim üçün seçicinin hərbçi, cəzaçəkmə olan məhbus və digər şəxs olmasının heç bir fərqi yoxdur. Bizim üçün sadəcə, seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”.
Tətbiqimizi yükləyə bilərsiniz