Rəsmi: “Bayramda Şuşaya girişə məhdudiyyət qoyulmayıb” – Yenilənib


Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında deyilir.
Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
“Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.

***12:15
Yeni il ərəfəsində Şuşaya girişin məhdudlaşdırılacağı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.
Sayt bildirir ki, bayram günlərində (31dekabr – 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.
Qeyd olunur ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.
“Şuşa şəhərindəki otellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən otellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, daha əvvəl mətbuatda bayram günlərində Şuşada təşkil olunacaq Yeni il şənliyində iştirak etmək üçün təyin olunan qiymət müzakirələrə səbəb olmuşdu. Belə ki, iddiaya görə Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərlik paket üçün 2500-3500 manat sərf etməli olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top