
“Hərbçilər radikal HƏMAS hərəkatının liderlərini laiq olduqları yerə - qəbiristanlıq və ya həbsxanaya göndərəcəklər.
Yeniavaz.com “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağı ilə sərhəd bölgəsində əməliyyat vəziyyətinin qiymətləndirilməsi üçün keçirilən iclasda çıxışında danışıb.
“Qəzza zolağındakı əməliyyat mərhələli şəkildə baş tutacaq və məqsədlərimizə çatana qədər davam edəcək. Biz dayanmayacağıq. HƏMAS liderlərini layiq olduqları yerə, ya qəbiristanlığa, ya da həbsxanaya göndərəcəyik", - nazir bildirib.