Rusiyaya Azərbaycandan ilk yumurta partiyası çatdırıldı


Rusiyaya Azərbaycandan 612 min ədəd yumurta idxal edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rosselxoznadzorun mətbuat xidməti məlumat yayıb.
“Dekabrın 19-da Rusiyaya sonrakı satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib”.
Qeyd edilir ki, Azərbaycandan ərzaq yumurtalarının tədarükü üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında Rosselxoznadzorun rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib.
Bildirilir ki, Rusiyada son aylar toyuq yumurtasının qiymətində artım müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top