
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə olaraq 400-500 min nəfərin səfərbər edilməsini təklif edib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, o, bu rəqəmləri hələ təsdiq etməyib, çünki rotasiya və fəal hərbi qulluqçular üçün məzuniyyət barədə hələ də məlumat yoxdur.
Hazırda Ali Radada baxılan qanun layihəsi barədə danışan Zelenski hələ orada heç bir tərxis etmə görmədiyini bildirib.