
“Qərbin məhdudiyyətlərinin tətbiqindən sonra Rusiya şirkətləri Çin, eləcə də Ukraynadakı müharibə ilə bağlı neytral mövqe tutan Mərakeş və Türkiyədə vasitəçilər şəbəkəsi vasitəsilə silah sistemləri və pilotsuz təyyarələr üçün telekommunikasiya avadanlıqları və mikroçiplər almağa başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya rəsmilərinin sızmış elektron məktublarını, ticarət sənədlərini və Rusiya Federasiyasından olan kommersiya şirkətlərinin əməkdaşları arasında söhbətlərin yazılarını öyrənən “The New York Times” yazıb.
Nəşr qeyd edir ki, sənədlərdən belə çıxır ki, Çin də daxil olmaqla, digər ölkələrdən alınan sanksiyaya məruz qalan avadanlığın bir hissəsi Mərakeş vasitəsilə daşınır:
“Dövlətə məxsus “Tangier Med” limanında qadağan olunmuş avadanlıq və komponentlər, o cümlədən Cisco, HP, Juniper, Ericsson və Nokia məhsulları gəmidən gəmiyə ötürülür və sonra Rusiyaya çatdırılır. Oxşar ticarət yolu NATO-nun üzvü olan Türkiyədən keçir.
Nəzərdən keçirilən məktublarda Rusiya ticarət rəsmiləri malların nə vaxt və necə daşınacağını, Rusiya bayraqlı gəmilərin harada təmir oluna biləcəyini və Türkiyə limanlarının ödənişləri rublla qəbul etdiyini göstərir.
Sanksiya tətbiq edilən avadanlıq və komponentlər Rusiyanın ixtisaslaşmış onlayn mağazalarında açıq şəkildə satılır”.