
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağındakı döyüşlərdə daha iki hərbçinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının cənubundakı döyüşlərdə həlak olan kapitan Yarin Qaxali və mühəndis korpusunun xüsusi təyinatlı dəstəsinin qrup komandiri, ehtiyatda olan kapitan Netanel Silberqin adları Fələstinin HƏMAS hərəkatının yaraqlıları ilə toqquşmalar zamanı həlak olan IDF əsgərlərinin siyahısına əlavə edilib.
Beləliklə, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan israilli əsgərlərin sayı 129-a çatıb. İsrail ordusunun məlumatına görə, sonuncu İsrail-Fələstin münaqişəsi başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı isə 461 olub.
Tətbiqimizi yükləyə bilərsiniz