“Psixogen öskürək xroniki stress zamanı ola bilər”


“Xroniki stress zamanı insan psixogen öskürəklə qarşılaşa bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nevroloq Marina Anikina “Sputnik” radiosuna müsahibəsində bildirib.
Nevroloq bildirib ki, yoluxucu infeksiyadan sonra öskürəyin səngiməsi üçün iki həftə kifayətdir:
“Uzun müddətli öskürək xroniki stress və qlobal təhlükə hissi ilə başlaya bilər. Birincisi, əhəmiyyətli narahatlıq pozğunluğunun olması öskürəyin psixogen xarakterli olma ehtimalını artırır. İkincisi, belə öskürəyin öz dövriliyi var, emosional söhbət zamanı və ya hansısa travmatik vəziyyət zamanı baş verir, lakin gecə baş vermir. Uzun müddətli öskürək varsa, mütəxəssislərlə məsləhətləşmək və ciddi müayinədən keçmək lazımdır. Döş qəfəsinin rentgenoqrafiyasını çəkmək, terapevtin təyin etdiyi qan testlərini vermək, otorinolarinqoloq, allerqoloq və qastroenteroloqla əlaqə saxlamağı məsləhət görürəm”.

DİGƏR XƏBƏRLƏR

Top