“İsrail Qəzzadakı aclığı silah kimi istifadə edir” – HRW


“İsrail Qəzza zolağında mülki aclıqdan silah kimi istifadə edir”.
Yeniavaz.com
xəbər verir ki, ba barədə “Human Rights Watch” (HRW) hüquq müdafiə təşkilatı məlumat yayıb.
HRW-ın İsrail və Fələstin üzrə eksperti Ömər Şakir bildirib ki, iki aydan çoxdur ki, İsrail Qəzza xalqını qida və sudan məhrum edir:
“Bu, yüksək səviyyəli İsrail rəsmiləri tərəfindən qızışdırılan və ya təsdiqlənən və mülki insanları aclıqdan öldürmək niyyətini əks etdirən müharibə siyasətidir. Beynəlxalq humanitar hüquq mülki aclığın silah kimi istifadəsini qadağan edir və yəhudi dövləti Müharibə Zamanında Mülki Şəxslərin Müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasına əsasən anklavdakı mülki şəxsləri qida və dərmanla təmin etməyə borcludur”.

DİGƏR XƏBƏRLƏR

Top