Sisi yenidən Misirin Prezidenti seçildi


Misirin hazırkı rəhbəri Əbdülfəttah əs-Sisi dekabrın 10-12-də keçirilən ümumi seçkilərdə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, Misir Milli Seçki Komissiyası Qahirədə prezident seçkilərinin rəsmi nəticələrini təqdim edib.
Beləliklə, Əbdülfəttah əs-Sisi növbəti 6 ildə yenidən ölkənin prezidenti olacaq.
Milli Seçki Komissiyasının rəhbəri Hazem Bədavi bildirib ki, Misirdən kənarda və ölkədə keçirilən ümumi səsvermə zamanı referendumda iştirak edən seçicilərin 89,6%-i Sisiyə səs verib.

DİGƏR XƏBƏRLƏR

Top