Şolts koronavirusa yoluxdu


Almaniya kansleri Olaf Şolts koronavirusa yoluxub və məsafədən işləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“COVID-19 üçün test müsbət çıxdı. Simptomlar mülayimdir, xəstəliyin yüngül keçəcəyini gözləyirəm”, - deyə  Şolts bildirib.
Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Xebeştrayt brifinqdə deyib ki, Şolts çərşənbə axşamı Slovakiyanın Baş naziri Robert Fiko ilə planlaşdırılan görüşü ləğv edib. Testin dəqiq nə vaxt aparıldığı məlum deyil. Xebeştreyt əlavə edib ki, kanslerin keçən payızda başqa bir Covid peyvəndi olub.
Qeyd edək ki, ötən həftə Almaniya kansleri Brüsseldə keçirilən Aİ sammitində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top