Ermənilər Xocavənddə məktəbə partlayıcı tələ yerləşdiriblər – Video


Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb:
“Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib.
Belə ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib”.
ANAMA vətəndaşlara təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamaları, tanımadıqları əşyalara toxunmamaları barədə çağırış edib.

DİGƏR XƏBƏRLƏR

Top