İsrail “Hizbullah”a qarşı quru əməliyyatı keçirməyi planlaşdırır


İsrail Livanın cənubunda hərbiləşdirilmiş şiə “Hizbullah” təşkilatına qarşı quru əməliyyatı keçirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” qoşunlarını Livan-İsrail sərhədindən təxminən 20 kilometr məsafədə yerləşən Litana çayına geri çəkməyə çalışır.
Qəzet bu planın oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasının üzvləri kimi “Hizbullah” yaraqlılarının da İsrailin şimalına hücum etmək ehimalının artması ilə bağlı olduğunu bildirib.
Lakin qəzet bu planın Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirmək təhlükəsi yaradacağını da istisna etməyib.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti ölkə ordusunun Livanda “Hizbullah”ın bir neçə hədəfini vurduğunu bildirib. IDF təyyarələrinin iştirakı ilə əməliyyat keçirmək qərarı qonşu dövlətin ərazisindən raket buraxılışları ilə bağlı qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top