İsrailin Qəzzadakı itkiləri artdı


Son 24 saat ərzində Qəzza zolağında gedən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) iki hərbçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Bildirilib ki, cavuş Cozef Avner Doran və gizir Şalev Zaltsman həlak olub:
“İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan HƏMAS-a qarşı döyüşlər zamanı itirdiyi hərbçilərin sayı 121-ə çatıb. İsrail-Fələstin münaqişəsinin yeni eskalasiyası zamanı isə bu rəqəm ümumilikdə 450-ni keçib”, - qəzetin məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top