
“İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatlar və İordan çayının qərb sahilində intensivləşən toqquşmalar nəticəsində 19 mindən çox insan həlak olub”.
Yeniavaz.com “Əl-Qahirə əl-İxbariyyə” telekanalına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilində təcavüzü başlayandan bəri 19 088 nəfər həlak olub. İsrailin hücumlarının qurbanlarının 70%-i qadınlar və yeniyetmələrdir. Qəzzada hazırda yalnız 11 xəstəxana qismən fəaliyyət göstərir”.
Tətbiqimizi yükləyə bilərsiniz