
“Ədliyyə nazirliyi tərəfindən çox mütərəqqi layihə tətbiq ediləcək”.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, səsvermə günü belə kimsə dünyasını dəyişsə, biləcəklər:
“Seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir. Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”.