
Dünyanın ən bahalı futbol liqalarının reytinqi məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Transfermarkt” portalı klubların oyunçularının qiymətinə əsasən dünyanın ən bahalı futbol çempionatlarının reytinqini tərtib edib.
Ən bahalı İngiltərə Premyer Liqası olub ki, onun dəyəri 11,04 milyard avro qiymətləndirilir. Reytinqdə ikinci yeri İspaniya La Liqası (4,77 milyard avro) tutur. Ən bahalı çempionatların üçlüyünü İtaliya A Seriyası (4,71 milyard avro) tamamlayır. Dördüncü ən bahalı Almaniya Bundesliqası (4,31 milyard avro) olub. Beşinci yerdə isə Fransa Liqa 1-i (3,68 milyard avro) qərarlaşıb.
Siyahıda növbəti yerləri aşağıdakı çempionatlar tutub:
6. A Seriyası (Braziliya) – 1,44 milyard avro
7. Primeira (Portuqaliya) - 1,35 milyard avro
8. MLS (ABŞ) - 1,27 milyard avro
9. Super Liqa (Türkiyə) - 1,15 milyard avro
10. Pro Liqa (Səudiyyə Ərəbistanı) - 1,07 milyard avro.