
“Aİ ölkələri Qəzza zolağındakı vəziyyətlə bağlı ikiüzlü mövqe nümayiş etdirirlər, çünki İsrailin iki aylıq bombardmanı nəticəsində bütün il ərzində digər hərbi münaqişələrdə olduğundan daha çox uşaq ölüb”.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin iki günlük sammitinin sonunda jurnalistlərə Slovakiyanın baş naziri Robert Fiko bildirib.
“Avropa Birliyinin ikiüzlü siması, İsrailin Qəzza zolağının iki ay ərzində bombardman etməsi zamanı bu il ərzində dünyada baş verən bütün digər hərbi münaqişələrdən daha çox uşağın orada öldüyünü deyə bilməməsində özünü göstərir”, - Fiko bildirib.
Siyasətçinin fikrincə, Aİ ölkələri Qəzzadakı hadisələrin qiymətləndirilməsi ilə bağlı razılığa gələ bilməyən iki düşərgəyə bölünüb:
“Baxışlar çox fərqlidir. Biz hamımız Qəzza zolağından İsrailə edilən hücumu pislədik, lakin hər güc tətbiqi, hər cavab onun istifadəsinə beynəlxalq hüquqla müəyyən edilmiş qaydalara malikdir. Biz deyirik ki, İsrail sərt reaksiya vermək və terror strukturlarını məhv etmək hüququna malikdir. Heç kimin buna şübhəsi yoxdur. Ancaq mən başa düşmürəm ki, niyə biz deyə bilmərik ki, İsrail asayişi bərpa etmək hüququna malikdir, lakin məhdudiyyətlər olmalıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz