Mahmud Abbas Ceyk Sallivanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi


Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Ramallahda ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Abbas İsrailin davam edən təcavüzünün, xüsusən də bu günlərdə Qəzza zolağında Fələstin xalqına qarşı İsrail tərəfindən həyata keçirilən soyqırımın dayandırılmasının təcili zəruriliyini vurğulayıb.
Bundan əlavə, Abbas Sallivanla danışaraq, ABŞ hakimiyyətini müdaxilə etməyə və İsraili işğal olunmuş Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindəki təcavüzünü dayandırmağa məcbur etməyə çağırıb:
“Təcavüz Fələstin şəhərlərinə və qaçqın düşərgələrinə müdaxilələr, dinc əhalinin öldürülməsi, infrastrukturun dağıdılması, İslam və Xristian ziyarətgahlarına hücumlar və etnik təmizləmə cinayətlərini əhatə edir. Fələstinlilərin istər Qəzza zolağında, istərsə də Qərb Sahilində, o cümlədən Şərqi Qüdsdə məcburi köçkün edilməsini rədd edirik. Beynəlxalq legitimliyi və qanunu pozan bu cür siyasətlərin qarşısını almaq üçün ABŞ-ın ciddi müdaxiləsi lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top