“Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərində 7 keçid məntəqəsi quraşdırmağa hazırdır”


““Dünyanın kəsişməsi” proqramı ilə ölkəmiz region ölkələrini şimal-cənub və şərq-qərb istiqamətlərində nəqliyyat əlaqələri ilə təmin edəcək bütün infrastrukturların tikilməsinə və yenidən qurulmasına hazır olduğunu bildirir”.
Yeniavaz.com
news.am-a istinadən xəbər verir ki, bunu dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
“O cümlədən, Ermənistan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yol infrastrukturunun 7 buraxılış məntəqəsi yerləşdirməyə, dəmir yolu infrastrukturunun 4 müxtəlif hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə, o cümlədən Ermənistan-Azərbaycan sərhədində 4, Ermənistan-Türkiyə sərhədində isə 1keçid məntəqəsi yaratmağa hazırdır”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top