
İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha bir əsgərinin öldüyünü, 4 əsgərinin isə ağır yaralandığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda Qəzzanın cənubunda baş verən qarşıdurmalarda 603-cü Mühəndis Batalyonundan Oz Şmuel Aradinin şəhid olduğu bildirilib.
Mətbuat xidməti Qəzzada baş verən qarşıdurmalarda ehtiyatda olan 4 əsgərin ağır yaralandığı əlavə edib.
Beləliklə, İsrail ordusunun Qəzzada quru əməliyyatına başladığı 27 oktyabrdan bu yana ölən İsrail əsgərlərinin sayı 117-yə, 7 oktyabrdan bu yana ölən İsrail əsgərlərinin sayı isə 446-ya yüksəlib.