
2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 921,1 manat təşkil edib.
“Əmək haqqı neft-qaz sektorunda 3491,7 manat, qeyri neft-qaz sektorunda 872,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 886,8 manat, özəl müəssisələrdə isə 958,5 manat olub”, - məlumatda deyilir.
2023-cü ilin yanvar-oktyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqqı isə aşağıdakı kimi olub:
Tətbiqimizi yükləyə bilərsiniz