Ukraynada deputat iclasda əl qumbarası partlatdı: 26 yaralı var


Ukraynada Mukaçevo rayonunun Keretskovski kənd sovetinin binasında iclas zamanı deputat 3 ədəd əl qumbarası partladıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə həmin anların kadrları yayılıb.
Ukrayna KİV hadisə nəticəsində 26 nəfərin yaralandığını yazır:
“Polisin məlumatına görə, bu gün saat 11:37-də “102” xidmətinə bildirilib ki, Mukaçevo rayonunun Keretskovski kənd sovetinin binasında sessiya iclası zamanı deputatlardan biri qumbaraları partladıb. Hadisə nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır. Həkimlər qumbaraları partladan şəxsi reanimasiya şöbəsinə aparıblar”.

DİGƏR XƏBƏRLƏR

Top