
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında keçirdiyi əməliyyat zamanı oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı tərəfindən qaçırılan girovun cəsədini tapıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilib.
“Qəzzada keçirilən əməliyyat zamanı girov Elia Toledanonun (28 yaş) meyiti IDF xüsusi təyinatlıları tərəfindən aşkar edilərək İsrailə qaytarılıb”, - deyə məlumatda qeyd edilib.
Ordunun mətbuat xidməti bildirib ki, bu barədə mərhumun ailəsi artıq məlumatlandırılıb.
“Bizim milli missiyamız itkin düşənləri tapmaq və bütün girovları evlərinə qaytarmaqdır. Biz bütün girovların qaytarılması üçün bütün kəşfiyyat və əməliyyat vasitələrindən istifadə edərək təhlükəsizlik orqanları ilə birlikdə işləyirik”, - deyə IDF bildirib.