Ərdoğan və Bayden Qəzzadakı vəziyyəti müzakirə ediblər


Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına əsasən məlumat yayıb.
Bildirilir ki, İsrailin Fələstin torpaqlarına, xüsusilə Qəzza zolağına hücumları, Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlüyü prosesi, eləcə də qlobal və regional problemlər müzakirə edilib:
“Prezident Ərdoğan bildirib ki, Qəzzada baş verən humanitar faciə mümkün qədər tez dayandırılmalıdır. ABŞ İsrailə qeyd-şərtsiz dəstəyini geri çəksə, tez bir zamanda atəşkəs təmin edilə bilər. ABŞ-ın tarixi məsuliyyəti bölgədə ən qısa zamanda daimi atəşkəsi təmin etməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top