
“Ermənistanda Qarabağla bağlı da çətin proseslər gedir. Bunu hamımız başa düşürük. Amma Qarabağdan imtina edən biz deyildik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında deyib.
Putin bildirib ki, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistan idi:
“Onlar bunu fəal şəkildə ediblər və belə bir qərar qəbul etməyə hazırlaşdıqları barədə bizə xüsusi məlumat verməyiblər”.