Əsirlikdə yaşadıqlarını danışdılar: “Ayağıma ​“tok” veriblər…” – Video


Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda saxlanılan hərbçilərimiz Aqşin Bəbirov və Hüseyn Axundov Azərbaycan tərəfinə təhvil verilib.
Yeniavaz.com
xəbər verir ki, onlar keçirdikləri hissləri, həmçinin əsirlikdə yaşadıqlarını AzTV-yə danışıblar.
H. Axundov deyib ki, əsirlikdə olan zaman onlara çox az yemək verilib.
Aqşin Bəbirov deyib ki, ayağında və qabırğalarında narahatlıqlar var:
“Onlar bizə qəddar şəkildə davranırdılar. Biz də həmişə ayaq üstə qalırdıq. Dizimizdən vursalar belə, bu diz yerə düşmədi. Ayağıma ​“tok” veriblər. İndi revmatizm var, amma normaldır. Şükür, özümü idarə edə bilirəm. Qabırğalarımda da əzilmələr var. Bacardığımız qədər yaxşı olmağa çalışırıq”.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top