
İsrail Fələstinin HƏMAS qruplaşması tərəfindən əsir götürülən daha iki girovun öldüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Nir Yitzhak sakini Tal Haymi və Nahal Oz sakini, əslən Tanzaniyadan olan stajçı aqronom Coşua Luito Mollel Qəzza zolağında HƏMAS tərəfindən girovluqda olarkən öldürülüb.
Haymi 7 oktyabrda əlavə ordu qüvvələri gələnə qədər terror hücumunun qarşısını almaq üçün göndərilən fövqəladə dəstənin üzvü idi. Tanzaniyalı tələbə Mollel isə HƏMAS-ın 7 oktyabr hücumundan cəmi iki həftə əvvəl İsrailə gəlmişdi.