
Tanınmış teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Ramiz Məlik vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında məlumat yayıb.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, R.Məlik bir müddət idi ki, səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.