
“Fələstin-İsrail münaqişəsi fonunda bir çox ölkələr ABŞ-ın hər şeyə qadir olmamasından məyus olublar”.
Yeniavaz.com xəbərm verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 360 telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, Birləşmiş Ştatların “gücünə” heyran olan bir çoxları üçün bu, dəhşətli məyusluq və sürpriz oldu. Məncə, çoxları Vaşinqtonun çox qüdrətli olduğuna əmin idilər. Və hamı, bəlkə də, Yaxın Şərqdə baş verənlərə baxdıqda bunun belə olmadığını gördü”, - Zaxarova bildirib.
Mətbuat katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət tarixi konteksti nəzərə almayan ABŞ-ın dominant mövqeyinə görə Yaxın Şərqdəki münaqişənin həllini tapa bilmir.