
Rusiyada ilk dəfə olaraq törədilmiş cinayətlərə görə əldə edilmiş Rusiya vətəndaşlığından məhrum etməyə imkan verən hüquqi norma tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayət törətmiş və Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş iki xarici kişi vətəndaşlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyindən aydınlıq gətirilib ki, həmin şəxslərdən birindən 19, ikincisindən isə 1 bağlama mefedron aşkar edilərək götürülüb.
Qeyd edək ki, cinayət törətdiyinə görə əldə edilmiş Rusiya vətəndaşlığından məhrum etməyə icazə verən “Vətəndaşlıq haqqında” qanuna edilən dəyişikliklər oktyabrda qüvvəyə minib.