Zelenski Norveçə getdi


Ukrayna Prezidenti Volodimir Zelenski gözlənilməz qərarla Norveçə səfərə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DW “Telegram” kanalında məlumat yayıb.
“Onun ABŞ-yə səfərindən sonra  Ukrayna Prezidentinin təyyarəsi Norveçin paytaxtına enib. Bu səfər əvvəlcədən elan olunmayıb”, - deyə məlumatda qeyd olunub.
“Regjeringen” nəşrinin məlumatına görə, Zelenski Şimali Avropa ölkələrinin sammitində iştirak etmək üçün Norveçə gedib.
“Volodimir Zelenskini Norveçdə səmimiyyətlə salamlayıram. Onunla görüşməyi və ünsiyyət qurmağı səbirsizliklə gözləyirəm. Norveç Ukraynanın müdafiə mübarizəsini dəstəkləməyə davam edir”, - deyə Norveçin Baş naziri Yonas Qar Stere bildirib.
Qeyd edək ki, bundan əvvəl Zelenski və ABŞ Prezidenti Co Bayden danışıqlar zamanı gələn il üçün ölkənin gücünü necə artırmaq və anti-Rusiya sanksiyalarını müzakirə ediblər. Tərəflər həmçinin Ukraynanın hava hücumundan müdafiəsini və birgə silah istehsalı vasitəsilə arsenalın gücləndirilməsini müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top