
Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə KİV-də onun xəstəxanadan çıxarkən lentə alınmış kadrları yayılıb.
Onun polisin müşayiətində quru yolu ilə İzmirə gedəcəyi bildirilir.
Xatırladaq ki, dekabrın 11-də “Ankaragücü” klubunun prezidenti Faruk Koca Halil Umut Melerə hücum edib. İlk zərbədən sonra hakim yerə yıxılıb və yerdə daha bir neçə zərbə alıb. Hadisədən sonra Türkiyədə bütün futbol matçları təxirə salınıb.
Qeyd edək ki, Halil Umut Melərə edilən hücumun istintaqı çərçivəsində aralarında MKE “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın da olduğu 3 nəfər saxlanılıb. Saxlanıldıqdan bir müddət sonra F. Koca klubun prezidentliyindən istefa verib, Meler və ailəsindən, türk hakim cəmiyyətindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.