
Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail Müdafiə Qüvvələri (IDF) daha 8 hərbçisini itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Məlumata görə, daha üç əsgər isə ağır yaralanıb.
Noyabrın sonunda İsrail ordusunun quru əməliyyatına başlamasından bəri ölən İsrail hərbçilərinin sayı 113-ə çatıb, 550-dən çox IDF əsgəri isə yaralanıb.