Bayden jurnalistlərlə özünü qarışdırdı


ABŞ Prezidenti Co Bayden mətbuat konfransında jurnalistlərlə özünü qarışdırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında açılış nitqindən sonra çaşıb və ilk sualı özü verəcəyini bildirib.
“Bax, indi növbə ilə suallar verəcəyik. Ümumilikdə hər birimiz iki sual verəcəyik. İlk sualı mən verəcəyəm”, - deyə Bayden bildirib.
Bir az tərəddüddən sonra Amerika lideri zarafatla ilk sualı verməli olan jurnalistin adını bildiyini deyib və mətbuat konfransında iştirak edən jurnalistə prezidentlərə sual verməyə icazə verib.
Qeyd edək ki, aprel ayında da Ağ Evin rəhbəri növbəti nitqində İraqla İranı səhv salmışdı. O, Böyük oğlu Bounun hərbi xidmət keçdiyi yerdən danışarkən İraq əvəzinə İranın adını çəkmişdi.
Xatırladaq ki, son vaxtlar Co Baydenin səhhətinin pisləşməsi barədə məlumatlar daha çox yayılır. Belə ki, hətta Amerikanın “Fox News” kanalının keçmiş aparıcısı Taker Karlson siyasətçinin get-gedə danışmaq qabiliyyətini itirdiyini bildirir. Onun sözlərinə görə, Baydenin çıxışlarındakı çoxsaylı “qəzalar” da bunu sübut edir.

DİGƏR XƏBƏRLƏR

Top