
İsrail ordusunun Qəzza sektorunu atəşə tutması nəticəsində 8 minə yaxın adam itkin düşmüş hesab olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin anklavının administrasiyasına istinadən məlumat yayıb.
Qəzza Mülki Müdafiə Xidmətinin məlumatına görə, bombardman nəticəsində itkin düşənlərin ümumi sayı 8 minə yaxındır.
Mülki Müdafiə Xidməti onu da qeyd edib ki, xidmət əməkdaşları çox sayda qaçqının olduğu məktəblərdə xəstəliklərin yayılması ilə əlaqədar kömək üçün çoxlu müraciətlər alır.
“Bundan başqa, xilasetmə maşınlarına ehtiyacımız var. İsrail qüvvələrinin hücumları nəticəsində xilasetmə maşınlarının çox hissəsini itirdik”, - telekanal xidmət nümayəndəsindən sitat gətirib.