
Qəzza zolağında Fələstinin HƏMAS təşkilatı ilə İsrail arasındakı hazırkı eskalasiya zamanı həlak olan media işçilərinin sayı 86 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavı hökumətinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında 3 qadın da var.
Qeyd edək ki, ötən həftə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Yaxın Şərqdə yeni gərginliyin başlamasından bəri Qəzza zolağında 63 media işçisinin ölməsi barədə məlumat yaymışdı.