Teymur Kərimovun həbs edildiyi bildirilir


Reportyor, “Kanal11” internet televiziyasının direktoru Teymur Kərimov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçildiyi iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesabında məlumat yayıb.
Teymur Kərimovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığı deyilir. İddia edilir ki, ondan narkotik ittihamını boynuna alması tələb olunub.
Qeyd edək ki, ötən gün yaxınları ondan xəbər almadıqları barədə məlumat yaymışdılar. Bu gün isə DİN məlumatı təsdiqləyib:
“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top