Bakıda yağışlı havaya görə yük maşını aşdı – Video


Bu gün Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində qəza baş verib.
Yeniavaz.com
xəbər verir ki, yağışlı hava şəraiti səbəbilə yük maşını aşıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, yağışlı hava şəraitində yollarda diqqətli olmamaq, sürət həddinə əməl etməmək, xüsusilə də ara məsafəsi saxlamamaq yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.
Qeyd olunub ki, qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Sözügedən qəzanın kadrlarını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top