“Puma” İsrail millisinə sponsorluq etməyi dayandırır


Almaniyanın “Puma” şirkəti İsrail milli futbol komandasına sponsorluq etməyi dayandırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” şirkətin mövcud daxili bildirişinə istinadən məlumat yayıb .
Bildirilib ki, buna səbəb maliyyə ilə bağlı problemlərdir.
Qeyd olunub ki, qərar bir il əvvəl verilib və Qəzza zolağında davam edən münaqişə fonunda istehlakçıların şirkəti boykot etmək çağırışları ilə heç bir əlaqəsi yoxdur:
“Şirkət İsrail Futbol Assosiasiyası ilə müqaviləni yeniləməmək qərarına gəlib və 2024-cü ildən İsrail komandasına forma təqdim etməyəcək”, - məlumatda deyilir.
Qəzetin vəziyyətlə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, “Puma” şirkətin yeni marketinq strategiyası çərçivəsində maliyyə səbəblərinə görə, eləcə də İsrailin əhalisinin az olması səbəbindən bazarın məhdud olmasına görə milli komandaya sponsorluq etməyi dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, Alman şirkəti ilə İsrail milli futbol komandası arasında tərəfdaşlıq müqaviləsi 2018-ci ildə imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top