
“Bu axşam (11 dekabr – red.) oynanılan MKE “Ankaragücü” – “Çaykur Rizespor” matçından sonra baş hakim Halil Umut Melerə edilən hücumu qınayır, keçmiş olsun deyirəm”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın hakim Halil Umut Melerə hücumuna münasibət bildirərkən sosial şəbəkə hesabında yazıb.
“İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətin olmasına heç vaxt icazə verməyəcəyik”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, ötən gün – dekabrın 11-də Türkiyənin Trendyol Super Liqasının 15-ci həftəsində “Ankaragücü” ilə “Rizəspor” 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra meydana daxil olan “Ankaragücü” prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində Meler gözündən xəsarət alıb.