İsrailin quru əməliyyatlarında itkiləri 105 nəfərə çatdı


İsrail Müdafiə Qüvvələrinin (IDF) quru əməliyyatı başlayandan sonra Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı itkiləri 105 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ordu noyabrın 20-də yaralanan ehtiyatda olan hərbçinin öldüyünü bildirib. Məlumatda qeyd olunub ki, bununla da quru əməliyyatı zamanı həlak olan hərbçilərin sayı 105 nəfərə çatıb.
Həmçinin məlumatda bir gün əvvəl Qəzza zolağının cənubunda daha üç əsgərin ağır yaralandığı qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top