“Kanal11”in direktorunun saxlanıldığı bildirilir


“Kanal11” internet televiziyasının direktoru Teymur Kərimovdan səhər saatlarından etibarən xəbər alınmadığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə televiziya məlumat yayıb.
Bildirilir ki, yaxınlarının verdiyi məlumata görə, onunla səhər saat 12 radələrindən etibarən əlaqə saxlamaq mümkün olmayıb:
“Onun telefonuna zəng çatmır və harada olduğu bilinmir.
Biz, Teymur Kərimovun həbs edildiyini ehtimal edirik, vəkili olmadığı üçün bununla bağlı tam məlumata sahib deyilik.
Əldə etdiyimiz təsdiqlənməmiş məlumata görə o, Nərimanov Rayon 16-cı polis bölməsində saxlanılır, barəsində cinayət işi açılıb”.

DİGƏR XƏBƏRLƏR

Top