
Çin Prezidenti Si Cinpinin elektrikli SUV modelli avtomobili ilə eyni olan avtomobil alov topu ilə dözümlülük testindən keçirilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, alov topu nəhəng kranın köməyi ilə avtomobilə tam sürətlə dəydikdən sonra meydana çıxan mənzərə təcrübəni aparan tədqiqatçıları belə təəccübləndirib.
Belə ki, avtomobil kiçik dəliklərdən, içəriyə doğru cüzi cızıqlardan başqa heç bir zərər görməyib. Avtomobilə dəyən top sərnişin oturacağındakı şəxsə belə zərər vurmayıb.
Çin Prezidenti Si Cinpinin rəsmi avtomobil kimi elektriklə işləyən SUV model avtomobillərə üstünlük verməsi bu test nəticəsində daha aydın olub.
Təcrübənin keçirilməsinə səbəb elektrikli SUV modelli avtomobillərə üstünlük verən Çin prezidentinin avtomobilin sürəti və dizaynı ilə yanaşı, dözümlülüyünə də üstünlük verməsi olub.
Tətbiqimizi yükləyə bilərsiniz