22 aydan sonra inflyasiya birrəqəmli həddə düşdü


Bu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4%, qeyri-ərzaq məhsulları üzrə 8,9%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 8,6% artıb.
Yeniavaz.com
bu gün açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkədə inflyasiya göstəricisi 22 aydan sonra birrəqəmli həddə (9,4%) düşüb.
Məlumat üçün bildirək ki, sonuncu dəfə inflyasiya 2021-ci ilin dekabr ayında birrəqəmli həddə qeydə alınıb. Belə ki, 2021-ci ilin yekununda ölkədə inflyasiya 6,7% olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top