Misirdə prezident seçkiləri keçirilir


Misirdə prezident seçkiləri başlayıb.
Yeniavaz.com
“Al Arabiya” telekanalına istinadən xəbər verir ki, ölkədə 9400-ə yaxın seçki məntəqəsi açılıb.
bazar günü
Üç gün davam edəcək seçkilərdə misirlilər dörd namizəd arasında seçim etməli olacaqlar: 2014-cü ildən rəhbərlik edən hazırkı dövlət başçısı Əbdülfəttah əs-Sisi, Sosial Demokrat Partiyasının lideri Fərid Zəhran, liberal “Vəfd” Partiyasının lideri Abdel Sənad Yamama və Cümhuriyyət Xalq Partiyasının lideri Hazem Ömər.
Birinci turda qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini almalıdır.
Yekun nəticələrin dekabrın 18-də açıqlanması gözlənilir. İkinci tur tələb olunarsa, bu, yanvarda baş tutacaq.
Ərəb mediasının məlumatına görə, əl-Sisinin bu seçkilərdə seçicilərin böyük əksəriyyətinin dəstəyi ilə qalib gələcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top