Zelenskaya Qərbdən Ukraynaya yardımı dayandırmamağı xahiş etdi


Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya yardımı dayandırmamaq xahişi ilə Qərb ölkələrinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
“Bizim həqiqətən köməyə ehtiyacımız var. Yardım etmək üçün ehtiraslı istəyin sönməsinin əlamətlərini görmək bizim üçün çox ağrılıdır”, - deyə Zelenskaya yardımların sürətinin azalmasının ölkə üçün təhlükə yaratdığını qeyd edib.
Dekabrın 9-da “Military Watch Magazine” nəşri yazıb ki, ABŞ-da bir sıra siyasətçilər Qərb texnikasının böyük itkiləri və bu ilin yayında başlanmış əks-hücum əməliyyatının uğursuzluğu ilə əlaqədar Ukraynaya yardımı davam etdirmək istəmirlər.
Qeyd edək ki, bundan əvvəl Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Maks Berqmann “New York Times” (NYT) qəzetinə müsahibəsində ABŞ-ın Ukraynaya gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənliyinin ölkədə xaosa səbəb olduğunu bildirmiş, bunun isə Ukrayna Silahlı Qüvvələrinin cəbhədə öz hərəkətlərini planlaşdıra bilməməsinə gətirib çıxardığını qeyd etmişdi,

DİGƏR XƏBƏRLƏR

Top