
Rusiya və Belarus idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Oyunlarda neytral statusda mübarizə apara biləcəklər.
Yeniavaz.com xəbər verir ki, bu qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi qəbul edib.
Bildirilir ki, oyunlarda yalnız fərdi idman növləri üzrə idmançılar iştirak edə biləcək, komanda yarışlarında Rusiya və Belarus idmançılarından ibarət komandalar olmayacaq.
Həmçinin, Ukraynanın işğalını açıq şəkildə dəstəkləyən və silahlı qüvvələrlə etibarlı müqaviləsi olan ruslar və belaruslar Olimpiadaya buraxılmayacaqlar.
Tətbiqimizi yükləyə bilərsiniz