“WhatsApp” birdəfəlik səsli mesajlar funksiyasını təqdim edir


“Meta” Korporasiyasına məxsus “WhatsApp” messencerində istifadəçilərə dinlədikdən sonra çatdan yoxa çıxacaq səsli mesajlar göndərməyə imkan verən funksiya işə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Meta” Korporasiyasının rəsmi saytında məlumat verilib.
“Bu gün biz məmnuniyyətlə elan edirik ki, siz indi dinlədikdən sonra yox olacaq səsli mesaj göndərə bilərsiniz", - saytda bildirilib.
Şirkət qeyd edib ki, birdəfəlik dinləmə funksiyası olan səsli mesajlar “birdəfəlik” işarəsi ilə işarələnir və yalnız bir dəfə səslənə bilər.
Korporasiya həmçinin xatırladıb ki, bütün mesajlar, o cümlədən səsli mesajlar ucdan-uca şifrələmə sistemi ilə qorunur.

DİGƏR XƏBƏRLƏR

Top