Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Milli Məclisin iclasında qərar qəbul edilib.
Ülviyyə Həmzəyeva isə Mədəniyyət komitəsinin sədr müavini seçilib.
Qeyd edək ki, parlamentin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva idi. Qənirə Paşayeva bu il sentyabrın 28-də vəfat edib.